Keçmiş "Neftçi"liyə İtaliya klubundan təklif

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya B Seriyası təmsilçisi "Askoli"ni çalışdıra bilər.

Sportline.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Marke təmsilçisində baş məşqçi vəzifəsinə namizədlər sırasındadır. Onunla yanaşı,  Federiko Koppitelli və Massimo Rastelli də namizədlər arasında yer alıb.

Qeyd edək ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.