"Kəpəz" ciddi itki ilə üzləşdi

"Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində "Səbail”lə görüşdə zədələnərək əvəzlənmişdi.