"Kəpəz" hazırlığı Gəncədə tamamlayacaq

"Kəpəz” Topaz Premyer Liqasında XIII turun oyunları çərçivəsində "Qəbələ” ilə keçiriləcək oyuna hazırlığın əsas hissəsini başa vurub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda 3 gün məşq etmiş Gəncə klubu matç öncəsi son hazırlığına qarşılaşmanın reallaşacağı şəhər stadionunda çıxacaq.

Məşq prosesi saat 15:30-a təyin olunub.

Qeyd edək ki, məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.