“Kəpəz” Olimpiya Stadionunda
Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar.
Gəncə klubu bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XII turu çərçivəsində noyabrın 18-də “Səbail”lə qarşılaşacaq.