"Kəpəz" "Sabah"a, "Araz-Naxçıvan" "Səbail"ə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə "Kəpəz" - "Sabah" və "Araz Naxçıvan" - "Səbail" görüşləri olacaq.

Hesabat turunda 17 xala malik "Qəbələ"nin Premyer Liqada rəsmən sonuncu yeri tutacağı dəqiqləşə bilər. Bunun üçün 31 xalı olan gəncəlilər mütləq şəkildə "Sabah"a qalib gəlməli, 32 xala sahib Naxçıvan təmsilçisi isə "Səbail"lə heç-heçə etməlidir.

Cari turdan sonra mövsümün başa çatmasına 5 həftə qalır.

Qeyd edək ki, XXXI turun digər görüşlərində "Sumqayıt" səfərdə "Turan Tovuz"u 4:1, "Zirə" isə doğma meydanda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Qəbələ" matçı 2:2 hesabı ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

31-ci tur

21 aprel

“Kəpəz” – “Sabah” 1:2 

Qol: Onanuqa, 61 - Parris, 13. Belfodil, 35

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev

Tovuz şəhər stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov

Baş məşqçi: Adil Şükürov

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh

Baş məşqçi: Krunoslav Renduliç


19:00 “Araz-Naxçıvan” – “Səbail” 0:2

Qol: Ramalinqom, 32 (p). Yusif Nəbiyev, 75
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena” 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev