"Kəpəz" debütanta məğlub oldu
Topaz Premyer Liqasında 12-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma olacaq.
Sonuncu pillədə qərarlaşan "Kəpəz" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Gəncə təmsilçisi qələbə qazanmaqla sonuncu pillədən yaxa qurtaracaq. Debütant isə 3 xalla "Neftçi" ilə xal fərqini minimuma endirəcək.
Gəncə şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək.
18 noyabr 2017
TPL, 12-ci tur
“Kəpəz” – “Səbail” - 2:3
QOLLAR: Adrian Popoviçi, 5-pen. (0:1), Ayron Stati, 16 (0:2), İlyas Səfərzadə, 26 (1:2), Kərim Diniyev, 35 (2:2), Vüqar Nadirov, 56 (2:3)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu