"Kəpəz" - "Şamaxı" matçında VAR yoxdur
Qəbələdə "Kəpəz" və "Şamaxı" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında videoköməkçi hakim (VAR) sistemindən istifadə olunmur.
Sportline.az xəbər verir ki, buna VAR avtomobilində texniki nasazlığın aşkarlanması səbəb olub.
Oyundan öncə hər iki komandann kapitanlarına bununla bağlı məlumat verilib.
Qeyd edək ki, hazırda hesab "Şamaxı"nın xeyrinədir - 1:0. Yeganə qolu 5-ci dəqiqdə Nihad Quliyev vurub.