"Kəpəz"də yeni futbolçular

"Kəpəz"in düşərgəsinə 2 yeni futbolçu qoşulub. Sportline.az xəbər verir ki, söhbət Elşən Rzazadə və Qvanzav Maqomedovdan gedir. 

Rzazadə peşəkar futbolçu karyerasına 2014-cü ildə "Xəzər Lənkəran"da başlasa da, 2016-cı ildə "Neftçi"yə keçib. Lakin flaqmanın heyətində möhkəmlənə bilməyən 25 yaşlı yarımmüdafiəçi I Divizionda mübarizə aparan "Mil-Muğan"a yollanıb. 

Məhəmmədov isə Rusiyanın Mahaçqala şəhərində doğulsa da, Azərbaycan vətəndaşlığını qəbul edib. 24 yaşlı müdafiəçi "Şahdağ", "Zirə", "Bakı", AZAL və son olaraq, ötən mövsüm "Zirə"də çıxış edib. 

Hələlik "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov baxışda olan futbolçularla bağlı qərar verməyib.