"Kəpəz"dən heç-heçə, "Keşlə"nin oyununda 7 qol
Azərbaycan birinci divizionunda 11-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Turun açılış matçında “Zaqatala” “Sabah”ın əvəzediciləri ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
“Keşlə”nin əvəzediciləri “Qaradağ Lökbatan”ı qəbul edib. 7 qolun vurulduğu matçda meydan sahibləri qələbəyə sevinib.
Günün son matçında “Kəpəz” “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşıb. Bu görüş isə məhsuldar heç-heçə ilə bitib.
18 dekabr
"Zaqatala" – "Sabah-2" - 3:0
Qol: Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
"Keşlə-2" – "Qaradağ Lökbatan" - 4:3
Qol: Emin Quliyev, 27. Elvin Sərkərov, 71-avtoqol. Elmir Rəhimzadə, 77. Elnur Süleymanov, 81 –
"Kəpəz" – "Sumqayıt-2" - 2:2
Qol: Ruslan Süleymanov, 46. Emil Qasımov, 47 – Elçin Əsədov, 24-pen. Rüstəm Hümbətov, 42.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Turan Tovuz | 10 | 7 | 3 | 0 | 17-5 | 24 |
| 2 | Sabah-2 | 11 | 6 | 2 | 3 | 19-11 | 20 |
| 3 | Zaqatala | 11 | 6 | 1 | 4 | 23-15 | 19 |
| 4 | Qarabağ-2 | 10 | 6 | 1 | 3 | 17-9 | 19 |
| 5 | Neftçi-2 | 10 | 5 | 3 | 2 | 16-10 | 18 |
| 6 | Kəpəz | 11 | 4 | 4 | 3 | 17-12 | 16 |
| 7 | Keşlə-2 | 11 | 3 | 1 | 7 | 14-28 | 10 |
| 8 | Sumqayıt-2 | 11 | 2 | 3 | 6 | 14-24 | 9 |
| 9 | Qaradağ Lökbatan | 11 | 1 | 3 | 7 | 8-19 | 6 |
| 10 | MOİK | 10 | 1 | 3 | 6 | 11-23 | 6 |