"Kəpəz"in düşərgəsində son vəziyyət
Topaz Premyer Liqasının XII turunda Gəncədə "Səbail”lə qarşılaşacaq "Kəpəz hazırlığını davam etdirir.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda məşq edən "sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.
Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.
Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol ciyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldır.