"Kəpəz"in zədəlisi sağaldı

Topaz Premyer Liqasının 5-ci turunda “Qarabağ”la oyunda zədələnərək əvəzlənən “Kəpəz”in futbolçusu Viktor Oseqheylin durumu yaxşıdır.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisinə qarşı matçda əzələsi dartılan hücumçu məşqlərdə tam gücü ilə iştirak edir.

Həkimlər Viktorun məşqçilər heyətinin qərarına əsasən qarşıdakı oyunda meydana çıxa biləcəyini vurğulayıb.