"Keşlə" baş məşqçi ilə bağlı qərar verdi
"Keşlə" baş məşqçisi Sənan Qurbanovla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a 41 yaşlı mütəxəssisin özü bildirib.
O, klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü və əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəldiklərini bildirib. Qurbanovun sözlərinə görə, yaxın günlərdə 1 illik yeni sözləşməyə imza atacaq.
Qeyd edək ki, Sənan Qurbanov bu ilin yanvarından "Keşlə"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub.