"Keşlə" cərimələndi, "Sabah"ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib.
Sportline.az xəbər verir ki, buna komandanın 4 futbolçusunun "Sabah"a qarşı Premyer Liqanın XXIII tur oyununda sarı vərəqə almaları səbəb olub.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
İK həmçinin "Sabah-2"nin baş məşqçisi İlqar Mənsimova 5 oyunluq cəza verib. Mütəxəssis I Divizionun XXII turunda "Keşlə-2" ilə görüşdə qırmızı vərəqə alıb və dəhlizdə hakimi təhqir edib.
Mənsimov klubu 400 manat məbləğində ziyana da salıb.