"Keşlə" - "Karpatı" oyununun vaxtı dəqiqləşdi

"Keşlə"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi daha bir yoxlama görüşünün vaxtı müəyyənləşib.

SportLine.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "Karpatı" ilə keçiriləcək yoxlama görüşü yanvarın 29-da olacaq.

Qeyd edək ki, “Keşlə” Türkiyə toplanışına yanvarın 23-də başlayıb fevralın 2-də son qoyacaq və bu müddətdə üç yoxlama görüşü keçirəcək:

26 yanvar | "Keşlə" - "Rabotniçki" (Makedoniya)
29 yanvar | "Keşlə" - "Karpatı"
01 fevral | "Keşlə" - "Yenisey" (Rusiya)

Bununla yanaşı, paytaxt klubu Bakı toplanışında da yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq:

12 yanvar | "Keşlə" - "Zirə"
14 yanvar | "Keşlə" - "Neftçi"
19 yanvar | "Keşlə" - "Qaradağ Lökbatan"