"Keşlə" legionerləri ilə vidalaşdı
"Keşlə" klubu 3 legioneri ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, söhbət Con Kamara, Sadio Tounkara və Silvio Rodrigesdən gedir. Bu oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.
Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edirdi. Rodriges ötən ilin yayında, Tounkara isə başa çatan mövsümün ikinci yarısında Bakı klubuna keçmişdi.
Qeyd edək ki, çempionatı 26 xalla 6-cı pillədə başa vuran "Keşlə" ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub edərək, titula sahib çıxıb.