"Keşlə" Nizami Hacıyevlə yollarını ayırdı
"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Ramiz Məmmədov MOİK-lə kubok oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, yarımmüdafiəçilər - Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb.
R.Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.
Qeyd edək ki, Nizami Hacıyev yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağını açıqlayıb.