"Keşlə" "Qarabağ"la qarşılaşacaq

"Keşlə"nin Bakı toplanışında keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ"la qarşılaşacaq. İyunun 27-nə nəzərdə tutulan görüş "Azersun Arena"da olacaq.

Hələlik matçın başlama saatı dəqiqləşməyib.

Hər iki komanda 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Onlar və "Sumqayıt" klubu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, hazırlığa iyunun 15-də Bakıda başlayacaq "Keşlə" iyulun 1-də toplanışın ikinci mərhələsi üçün Qəbələyə yollanacaq. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv iyulun 14-dək davam edəcək təlimlərdə üç yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 5, 10 və 14 iyulda olacaq.