"Keşlə" yamaykalı futbolçu transfer etdi

"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib. 

SportLine.az xəbər verir ki, paytaxt klubu yamaykalı hücumçu Andre Klennonla müqavilə bağlayıb. 28 yaşlı futbolçu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, A.Klennon Finlandiyanın VPS klubundan transfer edilib.