"Zirə" səfərdə 3 xal qazandı
Topaz Premyer Liqasında 12-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Zirvə uğrunda mübarizə aparan "Zirə" "Keşlə"nin qonağı olacaq. "Qartallar" qələbə qazanmaqla 2-ci pillədəki mövqelərini qoruyacaq. "Keşlə" isə mövqeyini yaxşılaşdırmaq üçün 3 xala ehtiyac duyur.
18 noyabr 2017
TPL, 12-ci tur
“Keşlə” – “Zirə” - 0:1
QOL: Milan Duriç, 18
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”