"Keşlə"dən yeni transfer

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi kamerunlu hücumçu Anatole Abanqı transfer edib. 24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın “SJK”, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.

Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.