Kevin De Brüyne "Mançester Siti"dən ayrıla bilər
"Mançester Siti" klubunun ulduz futbolçusu Kevin De Bruyne karyerasını "City Football Group"un klublarından birində davam etdirə bilər.
Sportline.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi belçikalı futbolçuya holdinqə daxil olan klublardan biri ilə müqavilə təklif etməyə hazırdır.
Holdinqə "Mançester Siti" ilə yanaşı, "Melburn Siti" (Avstraliya), "Nyu-York Siti" (ABŞ), "Mumbai Siti" (Hindistan), "Montevideo" (Uruqvay), "Trua" (Fransa), "Lommel" (Belçika), "Palermo" (İtaliya), "Bahia" (Braziliya) və "Bolivar" (Boliviya) kimi klublar daxildir.
Həmçinin holdinqin "Jirona" (İspaniya), "Şenjen Pen Siti" (Çin) və "Yokohama F. Marinos"da (Yaponiya) da payları var.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.