Kevin Medinanın son durumu
"Qarabağ" Premyer Liqanın 8-ci turunda "Neftçi"yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.
Sportline.az xəbər verir ki, Ağdam klubunun aparıcı üzvü Kevin Medina da kollektivlə məşqlərini bərpa edib.
Maksim Medvedev isə tam olaraq komanda ilə məşqlərə gələn həftə başlayacaq.
Medinanın "Neftçi" ilə oyunda meydana çıxacağı istisna olunmur.
Qeyd edək ki, “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü oktyabrın 1-də saat 18:00-da başlanacaq.