Keyn İngiltərəyə qayıdır?

"Bavariya"nın ingiltərəli futbolçusu Harri Keyn klubdan ayrıla bilər.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Keyni transfer etmək istəyir.

31 yaşlı forvardın sərbəst qalma məbləği 54 milyon avrodur.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya" klubuna 95 milyon avro qarşılığında transfer olunmuşdu.