Kiki Setyen Koutinyonu istəyir

"Barselona"nın baş məşqçisi Kike Setyen yarımmüdafiəçi Filipp Koutinyo haqda danışıb.

Sportline.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, müqavilə ilə Kataloniya klubuna məxsus olan, hazırda "Bavariya"da icarə əsasında çıxış edən braziliyalı oyunçunun komandaya qayıtmasını istədiyini deyib:

"Koutinyo əla oyunçudur. Onu çox bəyənirəm. O, müqavilə ilə "Barselona"ya məxsusdur. "Bavariya" Koutinyonu təzminat ödəyərək ala bilər. Amma o, komandaya qayıtmaq istəyir. Növbəti mövsümün əvvəlində onun burada olmasını səbirsizliklə gözləyirəm. Lazım olsa, onunla danışacağam".

Qeyd edək ki, Koutinyo bu mövsüm Bundesliqada 22 maqtçda 8 qol vurub, 6 qolun ötürməsini verib.