Kilian Mbappe :"Barselona"dan çəkinmirik"

Kilian Mbappe "Barselona" ilə görüşdən öncə açıqlama verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, fransalı ulduz "Telefoot"a müsahibəsi zamanı "Barselona" klubuna xəbərdarlıq edib.

O, açıqlamasında :"Barselona"dan çəkinmirik. Komanda olaraq bu il çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Keçmişdə baş verənləri bu günə yansıtmaq yalnış olar. Biz sadəcə qələbə üçün meydana çıxırıq",-deyib.

Qeyd edək ki, PSJ-"Barselona" görüşü aprelin 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.