Kim Min Ce "Mançester Yunayted"ə keçə bilər
"Mançester Yunayted" "Napoli"nin müdafiəçisi Kim Min Cenin transferi üçün danışıqlara başlayıb.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" cənubi koreyalı futbolçuya yüksək maaş təklif edib. Tərəflər müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar.
Kim Min Jae 2022-ci ilin yayında "Fənərbaxça"dan "Napoli"yə keçib. O, bu mövsüm 43 matçda iştirak edib, 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.