Klopp: "400 milyon versələr, onu sataram"

"Liverpul"un baş məşçiqi Yurgen Klopp Filipp Koutinyonun komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. SportLine.az "Teleqraf"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunları deyib:

"Koutinyo ilə təkcə "Barselona" yox, başqa Avropa nəhəngləri də maraqlanır. Bu, normladır. Koutinyo gənc və perspektivli futbolçudur. Ancaq mənim onu satmaq fikrim yoxdur". 

Mütəxəssis zarafatla, "Kimsə 400 milyon funt-sterlinq versə, onu sataram", - deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, son günlər yayılan məlumatlara görə, "Barselona", "Çelsi" və "Mançester Siti" mövsümün sonunda F.Koutinyonu heyətində görmək istəyir.