Klopp üçün kuryoz hadisə

“Liverpul”un baş məşqçisi Yurgen Klopp kuryoz hadisə ilə üzləşib.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenhem”lə görüşdə zədələnib.

Komandasının 90+4-cü dəqiqədə vurduğu qələbə qolunu qeyd edərkən xəsarət alan Klopp qarşılaşmadan sonra əzələsinin ağrıdığını bildirib.

Qeyd edək ki, oyun “Liverpul”un 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Banner