Klublar Komitəsinə yeni sədr seçildi
AFFA Klublar Komitəsinə yeni sədr seçilib. Sportline.az xəbər verir ki, bu vəzifə "Neftçi"nin prezidenti Orxan Hüseynzadəyə tapşırılıb.
O, yeni vəzifədə "Sumqayıt"ın prezidenti Kamran Quliyevi əvəzləyib. Quliyev yeni seçkidə ona səs verilməməsini xahiş edib.