Klublar Komitəsinin yeni sədri nə vaxt açıqlanacaq?
Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, mərasim dekabrın 13-də milli assosiasiyanın inzibati binasında keçiriləcək. Gündəlikdəki əsas məsələ komitəyə sədr seçkisi olacaq. Hazırda bu vəzifəni "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev tutur.
İclas saat 10:00-da başlayacaq.