Kobi Meyno zədələnib

“Mançester Yunayted”in gənc futbolçusu Kobi Meynonun zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçu ən azı 5 həftəlik sıradan çıxdığı bildirilir. Meyno qarşıdakı 7 matçda iştirak edə bilməyəcək.

K.Meynonun müalicəsinə artıq başlanılıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 9 oyunda məhsuldarlığı ilə yadda qalmayıb.