Kol Palmer: “Qazandığım medalları anama hədiyyə edirəm”

“Çelsi”nin ingiltərəli futbolçusu Kol Palmer maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Sky Sports” kanalına müsahibə verən Kol Palmer bu fikirləri səsləndirib;

“Mən bütün medallarımı anama hədiyyə edirəm. Hər zaman daha çox medal qazanmaq istəyirəm. Bu səbəbdən hər gün çalışıram. “Çelsi” ilə çoxlu medallar qazanmaq niyyətindəyəm”, - deyə Palmer bildirib.

Qeyd edək ki, Kol Palmerin “Çelsi” klubu ilə müqaviləsi 2033-cü ilin iyun ayınadək nəzərdə tutulub.

22 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 7 qol və 5 asistlə yadda qalıb.