Kolumbiyalı futbolçu karyerasını Rusiyada davam etdirəcək

"Onse Kaldas" forması geyinən yarımmüdafiəçi Robert Mehiya karyerasını Rusiyada davam etdirəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Ximki" klubu 23 yaşlı futbolçunu heyətinə qatıb.

İcarə əsasında heyətə cəlb olunun futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm Kolumbiya çempionatında 25 oyuna çıxan Mehiya aktivinə 2 qol yazdırıb.

Qeyd edək ki, "Ximki" RPL-da 8 turdan sonra 6 xal toplayıb.