Komandamız dünya çempionudur
Azərbaycanın kişi taekvondoçulardan ibarət seçmə komandası Bakıda keçirilən komandalararası dünya çempionatında qızıl medal qazanıb. Reza Mehmandustun baş məşqçi olduğu komandamız final qarşılaşmasında Cənubi Koreyaya qalib gəlib - 21:5. Heyətdə Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevin (+87 kq) yer aldığı seçmə rəqibə heç bir imkan verməyib. Qadınların final görüşündə isə, Çin komandası Koreya seçmısinə qalib gılib (6-4)