Komandamız Gürcüstana məğlub oldu

Azərbaycanın U-17 millisi Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.

Sportline.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.