"Komo"dan yeni transfer həmləsi

"Komo" "Real Betis"in ispaniyalı futbolçusu Jesus Rodrigez üçün rəsmi təklif göndərib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu 22.5+6 milyon avro təklif edib.

Sevilya klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Jesus Rodrigez bu mövsüm çıxış etdiyi 44 matçda 5 qol 4 asistlə yadda qalıb.