Konate İspaniya nəhənginə keçə bilər
"Real Madrid" gələn yay "Liverpul"un fransalı stoperi İbrahima Konateni azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda futbol jurnalisti Joze Feliks Diaz öz "X" hesabında paylaşım edib.
25 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Mersisayd klubu Konateyə yeni müqavilə təklif etməyi düşünür. Lakin son qərarı futbolçunun özü verəcək.