Konatenin gələcəyi sual altındadır
“Liverpul”un fransalı stopperi İbrahima Konatenin klubdaki gələcəyi sual altındadır.
Sportline.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisinin Mersisayd təmsilçisi ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.
“Caught Offside” nəşrinin yaydığı məlumata görə, “Real Madrid” və “Paris Sen-Jermen” sözügedən futbolçunun transferində maraqlıdır.
Qeyd edək ki, “Liverpul” Konateyə sözləşmə təklif etməyi düşünür.