Konfrans Liqası: "Fiorentina" "Bazel"ə, "Vest Hem" "AZ Alkmaar"a qarşı

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, "Fiorentina" "Bazel"i, "Vest Hem" "AZ Alkmaar"ı qəbul edəcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Cavab görüşləri mayın 18-də keçiriləcək. 

Konfrans Liqası

11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)