Konfrans Liqasında son 2 mərhələnin püşkü atılıb

UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə hər iki raundun cütlükləri müəyyənləşib.

Pley-off mərhələsində "Qarabağ"ı, 1/8 finalda isə "köhlən atlar"ın qrup mərhələsindəki rəqibi olmuş İsveçrə "Bazel"ini mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.

UEFA Konfrans Liqası

1/4 final

"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

"Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

"Marsel" (Fransa) - PAOK (Yunanıstan)

"Lester" (İngiltərə) - PSV (Niderland)

Yarımfinal

1. "Lester" (İngiltərə) - PSV (Niderland) / "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

2. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) / "Marsel" (Fransa) - PAOK (Yunanıstan)

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.