Konfrans Liqasının ən yaxşısı açıqlandı

Konfrans Liqasında  1/8 final mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu ada PSV-nin hücumçusu Eran Zahavi layiq görülüb. İsrailli futbolçu "Kopenhagen"ə qarşı keçirilən səfər matçında (4:0) dubl edib.

Qeyd edək ki, namizədlər arasında Valenten Ronjyo ("Marsel", Fransa), Vangelis Pavlidis (AZ, Niderland) və Filipp Vizinger (LASK, Avstriya) da var idi.