Konor Makqreqor mərcdə 500 min dollar uduzub

UFC-nin ikiqat çempionu Konor Makqreqor mərcdə 500 min dollar uduzub.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı bu uğursuzluğa UFC 314 turnirində düçar olub.

Maykl Çendler - Peddi Pimblett duelində birincinin qələbəsinə 500 min dollar yatıran Konorun mülahizəsi özünü doğrultmayıb.

Döyüş üçüncü raundda Pimbletin qələbəsi ilə nəticələnib.

Sosial şəbəkə hesablarıında Çendlerə hiddətlənən Makqreqor yanıldığını etiraf edib.