Konor Makqreqor yalın əllə döyüşəcək
UFC-nin sabiq çempionu Konor Makqreqor yenidən gündəmə gəlib.
Sportline.az xəbər verir ki, irlandiyalı idmançı "Bare Knuckle FC" liqasında yalın əllə döyüşməyə hazırlaşır.
O, İtaliyada keçirdiyi mətbuat konfransında bununla bağlı məlumat verib.
Qeyd edək ki, 36 yaşlı irland 2021-ci ildən bəri UFC-də döyüşməyib.
O, son döyüşündə ayağı zədələndiyindən Dastin Poryeyə texniki nokautla uduzmuşdu.
Konoru keçirdiyi görüşlərin 22-də qələbə qazanıb, 6-da məğlubiyyətlə barışıb.