"Konyaspor"da yeni transfer
Super Liqa komandalarında "Konyaspor' heyətini yarımmüdafiəçi ilə gücləndirib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu 26 yaşlı futbolçu Ufuk Akyolla 2 illik müqavilə imzalayıb.
"Ştutqart" komandasının yetirməsi olan Ufuk Akyol daha əvvəl "Fatih Karagümrük" və "Antalyaspor"da çıxış edib.
Futbolçu yeni klubunda 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ufuk Akyol ötən mövsüm Antalya təmsilçisinin heyətində 24 oyunda 1 qol vurub.