"Kopa Amerika": Kolumbiya bürünc medalın sahibidir

"Kopa Amerika" yarışı finişə yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, 3-cü yer uğruna oyunda ABŞ Kolumbiya ilə qarşılaşıb. Gərgin mübarizənin taleyini bir qol həll edib. Karlos Bakka cənubi amerikalılara qələbə qazandırıb.

26 iyun 2016
"Kopa Amerika"
3-cü yer uğrunda oyun


ABŞ - Kolumbiya - 0:1
QOL:
Bakka, 31 (0:1)
QIRMIZI VƏRƏQƏ: Maykl Orozko, 90+4 (ABŞ); Santiaqo Arias, 90+5 (Kolumbiya)