Kosovo millisi Bakıya bu heyətlə gəlir
21 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Bakıya səfər edəcək Kosovo seçməsinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Rafet Prekazi Azərbaycanla oyun üçün 23 futbolçuya dəvət göndərib:
Visar Bekay (“Priştina”), Dren Hoday, Drilon Teyeçi (hər ikisi KEK), Betim Halimi (“Drita”), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmayli (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolqeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), İdriz Voka, Dren Feka (hər ikisi “Lütsern”, İsveçrə), Arian Kabaşi (“Syon”), Florian Loşay (“Maastrixt”, Hollandiya), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Lapi”), İber Maloku, Florent Hasani, Muharrem Yaşari, Ron Broya (hamısı “Trepça”), Enis Bitiqi (“Vuzburger”, Avstriya), Bersant Çelina (“İpsviç”, İngiltərə), Ardit Qaşi (“Bassano Virtus”, İtaliya), Arber Hoxa (“Besa”, Albaniya), Lirim Kastrati (“Lokomotiv”, Xorvatiya) və Meriton Korenitsaya (“Liria”) güvənəcək.
Kosovo millisi noyabrın 9-da öz meydanında İsraili qəbul edib, 5 gün sonra Bakıda Azərbaycanın qonağı olacaq. Yığmamızla ayın 14-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq.