Koutinyodan sonra Qrizmann

Filipe Koutinyo transferini həll etməyə yaxın olan "Barselona", indi də diqqətini Antuan Qrizmanna yönəldib. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniya təmsilçisi fransalının keçidini mövsümün sonunda həyata keçirmək niyyətindədir. Məlumata görə, "Atletiko"ya təzminat məbləği kimi 100 milyon avro ödənəcək.

Xatırladaq ki, bir neçə gün öncə yayılan xəbərdə "Barselona"nın F.Koutinyo üçün 150 milyon avro ödəməyə hazır olduğu və "Liverpul"un bu məbləğlə razılaşdığı deyilirdi.