"Krasnodar" braziliyalı futbolçunun müqaviləsini uzadıb
"Krasnodar"ın müdafiəçisi Kayo Rusiya klubunda qalacaq. Komanda rəhbərliyi 28 yaşlı futbolçu ilə müqaviləni uzadıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, yeni razılıq 2027-ci ilin iyuluna qədər əldə olunub.
Braziliyalı müdafiəçi 2019-cu ildən "buğalar"ın heyətində çıxış edir. Kayo komanda ilə 107 oyuna çıxıb, 3 qol vurub və 1 asist edib.
Qeyd edək ki, futbolçu daha əvvəl Portuqaliyanın "Santa Klara" klubunda oynayıb.