"Krasnodar" uruqvaylı futbolçunu istəyir
"Malyorka" və Uruqvay millisinin sağ cinah müdafiəçisi Covanni Qonsales karyerasını Rusiyada davam etdirə bilər.
Sportline.az Marca-ya istinadla xəbər verir ki, "Krasnodar" 29 yaşlı futbolçu üçün İspaniya klubuna 3 milyon avro təklif edib.
"Malyorka" isə Qonsalesi 5 milyon avrodan aşağı buraxmaq niyətində deyil.
Qonsales 2022-ci idlən "Malyorka"da çıxış edir. O, Uruqvay millisinin heyətində 17 oyun keçirib.
Qeyd edək ki, müdafiəçinin Transfermarkt portalında dəyəri 3 milyon avrodur.