"Krasnodar"-"Zenit" oyununda 33 min azarkeş gözlənilir
Rusiya Premyer Liqasının 10-cu turunda "Krasnodar" "Zenit"i qəbul edəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Krasnodarda keçiriləcək görüşü 33 min azarkeşin izləyəcəyi gözlənilir. Qonaqları isə 1000 nəfər azarkeş dəstəkləyəcək. Bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti məlumat verib.
Oyun qabağı "Zenit" 23 xalla yarış cədvəlinin 1-ci, Krasnodar 21 xalla 2-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, görüş bu gün saat 20:30-da başlayacaq.